U-17 Avropa nəhənglərinə rəqib oldu

İdman

05.12.2024 14:15

3030

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsinin püşkü atılıb.

TodayPress xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 

 9-cu qrupda yer alan U-17 Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq. 

Birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.   

Namiq HUN

tag: U-17 ,Fransa,İsrail , Rumıniya,Yığma,Todaypress.az,