U-16 voleybol millisi EEVZA-da Azərbaycanı təmsil edəcək

İdman

20.11.2024 06:00

16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Debica şəhərinə yola düşüb.

TodayPress xəbər verir ki, Voleybol Federasiyasının mətbuat xidməti məlumat verib.

Azərbaycanı çempionatda 14 voleybolçu təmsil edəcək. 

Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv ilk matçını noyabrın 20-də Estoniya yığmasına qarşı keçirəcək. Millimiz həmçinin qələbə uğrunda Litva və Ukrayna yığmaları ilə də yarışacaq. 

Qeyd edək ki, noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq. 

Namiq HUN

tag: Polşa, Voleybol, AVRO-2025, Litva, Ukrayna, todaypress.az,