U-15 millisi Avropanın ən yaxşılarından oldu

İdman

24.06.2024 10:34

Yunanıstanda keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatıb. 38 ölkədən 415 idmançının qatıldığı yarışda Azərbaycan komandası uğurlu çıxışla yadda qalıb.

TodayPress xəbər verir ki, atletlərimiz Saloniki turnirində toplam 18 medal – 8 qızıl, 5 gümüş və 5 bürünc qazanaraq ən yaxşılar sırasında yer almağı bacarıblar. 

U-15 yaş qrupunda birdən-birə 3 idmançımız – Kamran Xappayev, İsa Əliyev və Aslan Əmiraslanov toplamda qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb ki, bu da tarixi uğurdur. 

Turnirdə yığma komandaların Avropa reytinqi müəyyən edilib. Millimiz 15 yaşa qədər atletlər arasında Avropa birinciliyinin komanda hesabında 2-ci yeri tutub. Komandamız toplam 709 xal toplayaraq Türkiyə, Polşa və Bolqarıstan millilərini üstələyib. Qalib adını isə 742 xalla Gürcüstan qazanıb.

Namiq HUN

tag: Avropa millisi, Saloniki, İsa Əliyev, Aslan Əmiraslanov,Kamran Xappayev, todaypress.az,