Tuxel “qırmızı şeytanlar”a yox dedi

İdman

07.09.2024 13:24

Tomas Tuxel “Mançester Yunayted” klubunun təklifini qəbul etməyib.

TodayPress xəbər verir ki, tərəflər əməkdaşlıq haqqında danışıqlar aparıblar, lakin “qırmızı şeytanlar”ın transfer siyasəti ilə bağlı fikir ayrılıqları səbəbindən sövdələşmə baş tutmayıb. 

Almaniyalı mütəxəssisi ingilislərin planlaşdırdığı transfer əməliyyatları qane etməyib.

Qeyd edək ki, Tuxelin son iş yeri “Bavariya” klubu olub. O, 2023-cü ilin martından 2024-cü ilin iyununa qədər Münhen təmsilçisinin baş məşqçisi vəzifəsində çalışıb. 

Namiq HUN

tag: Tomas Tuxel, Mançester,Bavariya, Almaniya ,Münhen, todaypress.az,