Türkmən xokkeyçilər honkonqlu həmkarlarını döydülər
Hokkey üzrə Türkmənistan yığma komandasının Asiya Qış Oyunlarının qrup mərhələsində Honkonq millisi ilə görüşü qalmaqalla başa çatıb.
TodayPress xəbər verir ki, bu barədə Honkonq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Türkmənistan komandası Honkonq millisinə 1:5 hesabı ilə məğlub olub. Oyundan sonra əl sıxma zamanı Erkin Kakabayev, Arslan Gəldimiradov və Begenç Dövlətmiradov rəqiblərinə yumruqla hücum çəkiblər.
Nəticədə onların hər biri hakimlər tərəfindən cəzalandırılıb.
Honkonqlu hokkeyçilərdən ikisi xəstəxanada müayinədən keçməli olub.
Namiq HUN
tag: Hokkey ,Türkmənistan ,Asiya Qış Oyunları,Honkonq,todaypress.az,