Türkiyənin iki klubu ölkə kubokunda iştirakdan imtina edir?
İdman
06.12.2024 18:04
Super Liqa komandalarından “Fənərbağça” və “Kasımpaşa”nın Türkiyə Kubokunda iştirak etmək istəmədikləri iddia edilir.
TodayPress xəbər verir ki, komandalar kubokda iştirak etməsələr, Türkiyə Futbol Federasiyasının müsabiqə üçün hazırladığı qaydaların 11-ci maddəsinə əsasən, cəzalandırılacaqlar.
Bu bəndə görə kuboka vəsiqə qazanan hər hansı bir komanda müsabiqədə könüllü olaraq iştirak etməsə, məğlub sayılır və turnirdən kənarlaşdırılır.
Bundan başqa, həmin klub gələn mövsüm müsabiqəyə buraxılmır.
Həmçinin komandalar Türkiyə Futbol Fedderasiyasına dəyən ziyanı da qarşılamalıdırlar.
Ötən mövsüm Türkiyə Kubokunu “Beşiktaş” muzeyinə aparmışdı.
Namiq HUN
tag: Super Liqa,Fənərbağça,Kasımpaşa,Türkiyə ,Kubok,todaypress.az,