Türkiyənin iki futbolçusu “Golden Boy”a namizəddir

İdman

18.10.2024 10:28

“Golden Boy” mükafatına namizəd futbolçuların siyahısı açıqlanıb.

TodayPress xəbər verir ki, qitənin ən gənc oyunçusuna təqdim ediləcək mükafata 25 futbolçu iddia edir.

Siyahıda yaşı 21-ə qədər olan futbolçular yer alıb. 

“Barselona”nın gənc ulduzi Lamin Yamal “Golden Boy” mükafatını qazanmağa daha şanslı hesab olunur.

Türkiyə yığmasının iki üzvü də namizdlər sırasına düşüb. Arda Güler və Kenan Yıldız baş mükafat uğrunda mübarizə aparacaqlar.

Namiq HUN

tag: Golden Boy, Qitə, Lamin Yamal, Arda Güler, Kenan Yıldız, todaypress.az,