Türkiyəli tennisçi Meksikada tarix yazdı

İdman

04.11.2024 21:00

Türkiyəli tennisçi Zeynəb Sönməz Meksikada keçirilən “WTA Merida Open” turnirinin qalibi olub.

TodayPress xəbər verir ki, Merida turnirinin finalında ABŞ-dən olan rəqibi Ann Lini 6:2 və 6:1 setlərlə məğlub edən tennisçi ilk çempionluğunu qazanıb. 

Nəticə dünya reytinqində 36 pillə irəliləyən tennisçi 91-ci sıraya yüksələrək rekordunu yeniləyib.

Zeynəb Sönməz merida uğuru ilə Türkiyə tennis tarixində Çağla Büyükakçaydan sonra WTA turnirində şəxsi yarışda çempionluq qazanan ikinci qadın idmançı olub.

Namiq HUN

tag: Türkiyə, Zeynəb Sönməz, Meksika, Reytinq, todaypress.az,