Türkiyəli fiqurlu konkisürən həbs edildi

İdman

16.04.2025 13:03

9

Türkiyəli fiqurlu konkisürən Ali Efe Güneş cəmiyyətdən təcrid edilib.   

TodayPress  Türkiyə Fiqurlu Konkisürmə Federasiyasına istinadən xəbər verir ki, 20 yaşlı idmançı azyaşlı qızlara mesaj göndərməkdə, seksual qısnama və təhdidlərdə ittiham olunur.   

Onun 2024-cü ilin dekabrından etibarən federasiyanın bütün tədbirlərində, təlim-məşq toplanışlarında və yarışlarda iştirakına qadağa qoyulmuşdu. 

Ali Efe Güneş 2023-cü ildə Boğaziçi Kubokunun qalibi, həmçinin yeniyetmələr arasında Denis Ten Memorialının bürünc mükafatçısı olub.   

Namiq HUN

tag: Türkiyə,Fiqurlu Konkisürmə,Ali Efe Güneş,Həbs,Todaypress.az,