Türkiyəli basketbolçu maşın qəzasında həyatını itirdi

İdman

08.09.2024 18:00

Basketbol üzrə Türkiyə yığmasının sabiq üzvü İlkan Karaman faciəvi şəkildə ölüb.

TodayPress xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Bildirilib ki, sürücüsü sərxoş vəziyyətdə olan avtomobil Datça bölgəsində dayanacaqda gözləyən 34 yaşlı İlkan Karamanı vurub.

Sabiq basketbolçu qəza yerində həyatının itirib.

tag: Basketbol ,Türkiyə ,Yığma,Sabiq,İlkan Karaman,Datça ,Ölüm,todaypress.az,