Türkiyədə məşqçi güllələnərək öldürüldü
İdman
22.11.2024 18:40
Türkiyənin 3-cü Liqasında mübarizə aparan "Çorluspor 1947" futbol klubunun məşqçisi Ersin Akaya gəzinti zamanı naməlum şəxsin hücumuna məruz qalıb.
TodayPress Milliyet.com.tr-a istinadən xəbər verir ki, tapançadan ağır güllə yarası alan Aka yerə yıxılıb.
Hücum edən şəxs hadisə yerindən qaçıb.
Məşqçi dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis hadisə yerində araşdırmaya başlayıb. Şübhəli şəxsin tutulması istiqamətində işlər davam etdirilir.
Namiq HUN
tag: Türkiyə, Liqa, Hadisə,Hücum, todaypress.az,