Türkiyədə döyülən hakim yenə hücuma məruz qaldı
İdman
02.01.2025 18:50
Futbol üzrə Ərəb Körfəzi Kubokunun yarımfinal matçında Səudiyyə Ərəbistanı millisi Oman yığması ilə üz-üzə gəlib.
TodayPress xəbər verir ki, türkiyəli FIFA referisi Halil Umut Melerin idarə etdiyi matç xaosla yadda qalıb.
Rəqibinə 1:2 hesabı ilə məğlub olan Səudiyyə Ərəbistanının baş məşqçisi Herve Renard Halil Umut Melerə hücum etmək istəyib. Köməkçilərinin güclə sakitləşdirdiyi Renard Meleri sərt tənqid etdib.
Renard açıqlamasında matçda 2 qırmızı vərəqə çıxaran Melerin performansının ideal səviyyədə olmadığını bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanını məğlub edən Oman finalda Bəhreynlə qarşılaşacaq.
Namiq HUN
tag: FİFA ,Halil ,Açıqlama ,Köməkçi ,todaypress.az,