Türkiyə yığmasının 16 illik "tilsim"i – Ay-Ulduzların növbəti sınağı

İdman

22.06.2024 12:20

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti görüşləri baş tutacaq.

TodayPress xəbər verir ki, günün ilk qarşılaşması Hamburq şəhərində, Gürcüstan və Çexiya milliləri arasında keçiriləcək. Hər iki komanda F qrupunun ilk matçında məğlub olub. Pley-offa çıxmaq üçün gürcülərə və çexlərə nəyin bahasına olursa-olsun, 3 xal lazımdır. 

Bu qrupun digər oyununda, Dortmundda Türkiyə millisi Portuqaliya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Hesabında 3 xal olan kollektivlərdən biri qalib gələcəyi təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək. Türklər 2008-ci ildən Avropa çempionatlarında qrup mərhələsindən çıxa bilmir.

Günün son qarşılaşması isə Kölndə baş tutacaq. E qrupunda Belçika və Rumıniya komandaları güclünü müəyyən edəcəklər. İlk matçda məğlub olan Belçikanı qarşıda çətin rəqib gözləyir. Rumınlar uğurlu nəticə qazanacağı təqdirdə 1/8 finala vəsiqə əldə edəcəklər. 

Namiq HUN

tag: Türkiyə, Ay-Ulduz, Komanda, Avropa Çempionatı, Belçika, Rumıniya, todaypress.az,