Türkiyə və Gürcüstan “play-off”da

İdman

27.06.2024 01:58

Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

TodayPress xəbər verir ki, 1/8 finalın son iştirakçıları F qrupunun matçlarından sonra bəlli olub.

Türkiyə yığması Çexiyanı məğlub edib. “Ay-ulduzlular”ın heyətində Hakan Çalhanoğlu və Cenk Tosun fərqlənib 1:2.

Qrupun lideri Portuqaliya millisini məğlub edən Gürcüstan yığması isə ən yaxşı 3-cü yeri tutan komandalar arasında yer alıb. Gürcüstan millisinin heyətində Xviça Kvaratsxeliya və Georgi Mikautadze fərqləniblər 2:0.

Qeyd edək ki, 1/8 final mərhələsinin matçları iyunun 29-dan iyulun 2-dək keçiriləcək.

Namiq HUN

tag: Avropa çempionatı, Türkiyə yığması, Çexiya, Gürcüstan, Portuqaliya, todaypress.az,