Türkiyə və Gürcüstan da UEFA-dan nəsibini aldı

İdman

02.07.2024 18:30

Avropanın ali futbol qurumu Türkiyə və Gürcüstan Futbol Federasiyalarını cərimələyib.

TodayPress xəbər verir ki, buna stadionlarda atəşfəşanlıq və azarkeşlər arasında dava səbəb olub.

Gürcüstan Futbol Federasiyası qrup mərhələsinin Türkiyə millisi ilə oyunda (1:3) gürcü azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və iğtişaş törətməsi səbəbindən 36,25 min avro cərimələnib.

Portuqaliya ilə görüşdə (2:0) isə azarkeşlər meydana çıxıb və pirotexniki vasitələrdən istifadə ediblər. Buna görə Gürcüstan Futbol  Federasiyası daha 9,75 min avro cərimələnib. 

Türkiyə yığması isə Gürcüstan millisi ilə qarşılaşmadan sonra atəşfəşanlığa görə 9,75 min avro, azarkeşlər arasında davaya görə isə 25 min avro cəzalandırılıb 

Namiq HUN

tag: Türkiyə, Gürcüstan, Futbol, Avropa,Portuqaliya, todaypress.az,