Türkiyə ulduzu dünya fenomenini qabaqladı
İdman
29.06.2024 14:12
Türkiyə millisinin və “Real Madrid” klubunun futbolçusu Arda Güler Avropa çempionatı start götürdükdən sonra sosial mediada ən çox izləyici qazanıb.
TodayPress xəbər verir ki, araşdırmaya əsasən, Avropa çempionatı başlayandan qrup mərhələsinin son oyunlarına qədər 19 yaşlı futbolçu 1 milyon 93 min 669 yeni izləyici qazanıb. Dünya futbolunun ulduzu Kriştiano Ronaldoda isə bu göstərici 996 min 661 nəfərdir.
Qeyd edək ki, 1/8 final çərçivəsində iyulun 1-də Frankfurtda Portuqaliya millisi Sloveniya ilə qarşılaşacaq.
İyulun 2-də isə Leypsiqdə Türkiyə və Avstriya komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Namiq HUN
tag: Türkiyə, Dünya, Real Madrid, Arda Güler, Futbol, todaypress.az,