Türkiyə Superliqası: "Fənərbaxça" xal itkisi ilə üzləşdi
İdman
21.12.2024 03:11
Türkiyənin "Fənərbaxça" klubu
Superliqanın XVII turunda xal itkisi ilə üzləşib.
TodayPress xəbər verir ki, səfərdə "Eyüpspor"un
qonağı olan İstanbul təmsilçisi 1:1 hesablı heç-heçəyə razılaşıb.
Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Ahmet Kutucu
fərqlənib. "Sarı-lacıvərdlilər"i məğlubiyyətdən xilas edən qolu isə
Yussef En-Neseri 45+4-cü dəqiqədə rəqib qapısından keçirib.
36 xalı olan "Fənərbaxça" 41 xala malik lider
"Qalatasaray"ın ardından ikinci sırada qərarlaşıb. İlk
"üçlüy"ü isə 29 xalla "Samsunspor" qapayır.
Qeyd edək ki, "Qalatasaray" dekabrın 22-də XVII
tur çərçivəsində "Kayserispor"un qonağı olacaq.
tag: Türkiyə, Fənərbaxça, Superliqa, Ahmet Kutucu, Qalatasaray, todaypress.az,