Türkiyə nəhəngi Ardanı hədəfə aldı
“Trabzonspor” klubu Arda Turanın komandaya başçılıq etməsini istəyir.
TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi cari mövsümün sonunda 38 yaşlı mütəxəssislə danışıqlara başlamaq niyyətindədir.
“Eyüpspor”la uğurlu nəticə göstərən Arda “Trabzonspor”un təklifini cavabsız qoyub.
Qeyd edək ki, Arda Turan 2023-cü ilin aprelindən “Eyüpspor”un baş məşqçisi postunda çalışır.
O, komandanı I Liqadan Türkiyə Super Liqasına yüksəldib.
Namiq HUN
tag: Trabzonspor,Klub,Arda Turan,Eyüpspor,Todaypress.az,