Türkiyə millisinin 2 futbolçusu heyətdən çıxarıldı
İdman
12.10.2024 17:50
"Qalatasaray" klubunun 2 futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb.
TodayPress xəbər verir ki, Türkiyə Futbol Federasiyanın mətbuat xidməti məlumat yayıb.
UEFA Millətlər Liqasının III turunda, Monteneqroya qarşı matçda zədələnən Barış Alper Yılmaz və sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Kaan Ayhan millinin düşərgəsindən ayrılıblar.
Qeyd edək ki, Türkiyə millisi oktyabrın 14-də Millətlər Liqasının IV turu çərçivəsində İslandiya yığmasının qonağı olacaq.
Namiq HUN
tag: Türkiyə,Milli,UEFA,Qalatasaray,Todaypress.az,