Türkiyə millisində daha bir itki

İdman

01.06.2024 18:37

Türkiyə millisinin üzvü Enes Ünal “AVRO-2024-ü buraxacaq.

TodayPress xəbər verir ki, hücumçu məşq zamanı zədələndiyi üçün heyətdən çıxarılıb. 27 yaşlı futbolçu Almaniyada keçiriləcək turnirdə “ay-ulduzlular”a kömək edə bilməyəcək.

Qeyd edək ki, daha əvvəl “Fənərbaxça”nın müdafiəçisi Çağlar Söyüncü eyni səbəbdən heyətdən çıxarılıb.

Türkiyə millisi Avropa çempionatında Portuqaliya, Çexiya və Gürcüstanla birgə F qrupunda mübarizə aparacaq.

 

Namiq HUN

tag: Türkiyə , Futbol , AVRO2024 ,Fənərbaxça , todaypress.az,