Türkiyə millisində ciddi itki

İdman

30.05.2024 19:28

TodayPress  xəbər verir ki, millinin müdafiəçisi Çağlar Söyüncü zədələnib. İcarə əsasında “Fənərbaxça”da çıxış edən futbolçunun Super Liqanın 38-ci turunun “İstanbulspor”la matçında (6:0) ayağına xəsarət yetirilib. Ayaq əzələsindən zədə alan mərkəz müdafiəçisi bu yay Almaniyada keçiriləcək Avropa çempionatında komandasına kömək edə bilməyəcək.

Türkiyə millisi AVRO-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.

tag: Türkiyə,Football, AVRO-2024,Çağlar Söyüncü, İdman, todaypress.az,