Türkiyə millisi tarix yazdı
İdman
18.06.2024 22:34
Avropa çempionatının növbəti oyun günü Dortmundun “Siqnal İduna Park” stadionunda Türkiyə millisi ilə Gürcüstan yığması arasında F dördlüyü çərçivəsində qrup mərhələsinin 1-ci turunun qarşılaşması keçirilib.
TodayPress xəbər verir ki, matçın 25-ci dəqiqəsində Mert Müldür Türkiyə yığmasını hesabda önə çıxarıb. Cəmi bir dəqiqə sonra Kənan Yıldız türklər üçün ikinci qolu vursa da, VAR sistemi oyundankənar vəziyyət qeydə alaraq qolu ləğv edib. 32-ci dəqiqədə Gürcüstan millisinin hücumçusu Corc Mikautadze hesabı bərabərləşdirib 1:1.
Fasilədən sonra Türkiyə millisi Arda Gülerin 65-ci dəqiqə qolu ilə yenidən hesab arasındakı fərqi öz xeyrinə dəyişib. Oyunda son nöqtəni isə matçın 90+7-ci dəqiqəsində Kerem Aktürkoğlu qoyub.
Qarşılaşma “ay-ulduzlular”ın 3:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Türkiyə millisi tarixində ilk dəfə Avropa çempionatının açılış matçında qalib gəlib.
Namiq HUN
tag: Türkiyə millisi, Arda Güler,Avropa çempionatı, Açılış matçı, todaypress.az,