Türkiyə millisi qrup lideri oldu
İdman
12.10.2024 09:20
UEFA Millətlər Liqasında III tur davam edir. İkinci oyun günündə 4 qrupda 8 matç keçirilib.
TodayPress xəbər verir ki, Türkiyə millisi Monteneqro yığmasına minimal fərqlə qalib gəlib 1:0.
B Liqasının IV qrupunda baş tutan qarşılaşmada “ay-ulduzlular”ın yeganə qolunu 69-cu dəqiqədə İrfancan Kahveci vurub.
Üç oyundan sonra Vinçentso Montellanın yetirmələri 7 xalla qrup lideridir.
A liqasında qrup liderləri Almaniya və Niderland səfər görüşlərinə çıxıblar. Almanlar Bosniya və Herseqovinaya qalib gəliblər 2:1.
Deniz Undavın dubl etdiyi matçda, Edin Ceko meydan sahiblərinin təsəlli qolunu vurub.
Bundestimdən fərqli olaraq "narıncılar" Macarıstan səfərindən 1 xalla dönüblər.
Matçın 32-ci dəqiqəsində Roland Şallai Macarıstan millisini hesabda irəli çıxarıb.
Niderland yığması Denzel Dümfrisin 83-cü dəqiqə qolu ilə məğlubiyyətdən qaça bilib 1:1.
Azərbaycan millisinin yer aldığı C Liqasının I qrupunda Slovakiya İsveçlə heç-heçə oynayıb 2:2.
III turun digər oyunlarında Çexiya Albaniyanı (2:0), Ukrayna Gürcüstanı (1:0) üstələyib.
İslandiya və Uels isə qalibi müəyyən etməyiblər (2:2).
Namiq HUN
tag: UEFA ,Türkiyə,Matç,Monteneqro ,Slovakiya,Todaypress.az,