Türkiyə millisi Merih Demiralı itirdi
İdman
04.07.2024 23:09
UEFA Avropa çempionatının pley-off mərhələsində keçirilən Türkiyə - Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Demiralı cəzalandırıb.
TodayPress Türkiyə mətbuatına istinad xəbər verir ki, UEFA müdafiəçiyə iki oyunluq cəza verib.
Bu isə o deməkdir ki, Merih Demiral 1/4 final mərhələsində Niderlanda qarşı oynamayacaq.
Qeyd edək ki, UEFA-nın “bozqurd” işarəsi ilə bağlı araşdırma başlaması Türkiyə tərəfindən etirazla qarşılanıb.
Namiq HUN
tag: UEFA, Merih Demiral,Bozqurd, Türkiyə, todaypress.az,