Türkiyə millisi Gürcüstana qarşı: F qrupunda ilk tur həyəcanı

İdman

18.06.2024 14:05

2942

Bu gün AVRO-2024-ün F qrupunda keçiriləcək iki oyunla qrup mərhələsinin ilk turna yekun vurulacaq. 

TodayPress xəbər verir ki, Dortmundun “Siqnal İduna Park” stadionunda saat 20:00-da Türkiyə millisi Gürcüstan yığması ilə qarşılaşacaq.

Bu komandalar indiyə kimi heç vaxt böyük turnirlərin final mərhələsində rəqib olmayıb. Seçmə mərhələlər və yoldaşlıq görüşləri çərçivəsində baş tutan 5 görüşdə üstünlük “ay-ulduzlular”ın tərəfindədir. Türkiyə 3 matçda qalib gəlib, 1 heç-heçə edib, 1 dəfə isə məğlubiyyətlə barışıb. 

Eynilə F qrupunda yer alan Portuqaliya və Çexiya komandaları isə saat 23:00-də Leypsiq “Red Bull-Arena”sında qalibi müəyyən edəcəklər.   

Komandalar buna qədər 5 rəsmi yarışda qarşılaşıblar. Portuqaliya millisi bu oyunların 4-də rəqibini üstələyib. 

Namiq HUN

tag: Türkiyə,Gürcüstan, Avro-2024, F Qrupu, İdman, Futbol,