Türkiyə millisi Avropa çempionatına vəsiqə qazandı

İdman

26.11.2024 11:29

2398

Kişi basketbolçulardan ibarət Türkiyə millisi Avropa çempionatına vəsiqə qazanıb.

TodayPress xəbər verir ki, “ay-ulduzlular” B qrupunda Macarıstan seçməsini 81:76 hesabı ilə məğlub edərək növbəti dəfə bu uğura nail olub.

Nəticədə sona iki tur qalmış qrupu ilk üçlükdə bitirməyi təmin edən Ergin Atamanın komandası 26-cı dəfə Avropa çempionatında iştirak hüququ qazanıb.

Qeyd edək ki, 2025-ci il avqustun 27-dən sentyabrın 14-dək təşkil olunacaq turnirə Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edəcək.

 Namiq HUN

tag: Türkiyə, Milli,Basketbol, Macarıstan, Avropa, todaypress.az,