Türkiyə kuboku: “Qalatasaray” səfərdə “Boluspor”a qalib gəldi

İdman

06.02.2025 20:54

1163

Türkiyə kubokunda II turun oyunları davam edir.

 

TodayPress xəbər verir ki, günün ilk matçında “Kasımpaşa” səfərdə “İstanbulspor”un qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.


Turun digər oyununda isə, “Qalatasaray” millimizin üzvü Vüsal İsgəndərlinin komandası “Boluspor”la üz-üzə gəlib.


11-ci dəqiqədə Vüsal hesabı açsa da, ev sahiblərinin sevinci çox çəkməyib. “Cimbom”un yeni transferi Alvaro Morata hesabı bərabərləşdirib.


Görüş “Boluspor”un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Türkiyə kuboku


II tur

14:00. “İstanbulspor” – “Kasımpaşa” – 2:0

17:00. “Boluspor” – “Qalatasaray” – 1:4

 

 

tag: Türkiyə, Futbol, Qalatasaray, Boluspor, todaypress.az,