Türkiyə kuboku: “Qalatasaray” 5 qolla finala yüksəldi

İdman

23.04.2025 07:00

11

Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.

TodayPress xəbər verir ki, ilk yarış günü bir matç keçirilib.

"Konyaspor" "Qalatasaray"ı qəbul edib.

Matça qonaqlar fəal başlayıblar. İlk yarıda Viktor Osimhen və Lukas Torreyra fərqlənib.

İkinci hissədə "sarı-qırmızılılar" daha 3 qol vurublar. Yusuf Demir adını tabloya yazdırıbsa, Rolan Şallai dubl müəllifi olub. Meydan sahiblərinin gücü isə yalnız təsəlli topuna çatıb. Pedrinyo komandasının yeganə qolunu vurub - 1:5.

Bununla da, "Qalatasaray" finala yüksəlib. Komandanın həlledici matçdakı rəqibi "Trabzonspor" - "Göztepe" cütünün qalibi olacaq.

tag: Qalatasaray, Konyaspor, Türkiyə, Futbol, todaypress.az,