Türkiyə klubu Olimpiya çempionunu transfer edəcək
İdman
03.11.2024 04:56
Türkiyənin
qadınlardan ibarət “Vakıfbank” komandası İtaliya millisinin voleybolçusu Paola
Eqonu yenidən transfer edəcək.
TodayPress xəbər verir ki, 26 yaşlı
oyunçunun meneceri ilə danışıqlar davam edir. Hazırda ölkəsində “Vero Volley
Milan”da çıxış edən voleybolçu sabiq klubuna geri dönməyə müsbət yanaşır.
Danışıqlar uğurla
yekunlaşsa, P.Eqo yenidən Türkiyə çempionatında forma geyinəcək. O, daha əvvəl
2022-2023-cü illərdə “Vakıfbank”ın şərəfini qoruyub.
Qeyd edək ki,
Paola Eqo İtaliya millisinin heyətində “Paris-2024” Yay Olimpiya Oyunlarının
qalibi olub.
tag: Türkiyə, İtaliya, Paris-2024, Olimpiya, Paola Eqonu, todaypress.az,