Türkiyə klublarının növbəti mərhələ şansı
İdman
24.01.2025 16:56
UEFA Avropa Liqasının yeni formatında növbəti mərhələ şansını qoruyub saxlayan “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” klubları pley-offda bir-birinə rəqib ola bilərlər.
TodayPress xəbər verir ki, son turda “Qalatasaray” “Ayaks”ı məğlub etsə, birbaşa son 16 komanda arasında yer alacaq.
Əks halda pley-offda mübarizə aparacaq.
Liqa mərhələsinin gələn həftə baş tutacaq VIII tur matçlarından sonra “cimbom” pley-off mərhələsində “Fənərbağça” və ya “Beşiktaş”la oynaya bilər.
İlk 24 komanda arasına düşmək uğrunda mübarizə aparan “Fənərbağça” və ya “Beşiktaş” pley-off şansını saxlasa, “Qalatasaray”la rəqib ola bilər.
Qeyd edək ki, Avropa Liqasında son 16 turuna yüksələcək komandaları müəyyən edəcək pley-off mərhələsinin oyunları fevralın 13-də və 20-də keçiriləcək.
Namiq HUN
tag: Liqa,UEFA,Avropa,Tur,Todaypress.az,