Türkiyə idman tarixinin ən bahalı müqaviləsi
“Hyuston Rokets”in 22 yaşlı türkiyəli basketbolçusu Alperen Şengün klubla 185 milyon dollarlıq müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, Türkiyə idman tarixinin ən bahalı müqaviləsi gerçəkləşib.
Alperen 4+1 illik sözləşməyə imza atıb.
Şengün 4 il üçün klubundan 133 milyon dollar alacaq.
Əgər o, 5-ci ilini də “Hyuston Rokets”də keçirmək istəsə, əlavə olaraq daha 52 milyon dollar qazanacaq.
Namiq HUN
tag: Türkiyə, Alperen,Hyuston Rokets,Müqavilə, todaypress.az,