Türkiyə futbolu tarixində transfer rekordu
Futbol üzrə Türkiyə Superliqası tarixində qış transfer pəncərəsinin rekordu qeydə alınıb.
TodayPress xəbər verir ki, klublar transfer müddətində 59 keçidi reallaşdırıblar.
Transferlər üçün Türkiyə futbolu tarixində rekord məbləğdə, ümumilikdə 76 milyon avro xərclənib.
“Qalatasaray”ın göstəricidə payı 27.5, “Fənərbağça”nın 18.2, “Trabzonspor”un isə 13.4 milyon avrodur.
Qeyd edək ki, qış transfer pəncərəsinin ən bahalı keçidi “Fənərbağça” klubunun futbolçusu Dieqo Karlos olub. “Sarı-lacivərdlilər” futbolçu üçün 11.5 milyon avro ödəyiblər.
tag: İdman,Futbol,Türkiyə,Qalatasaray,todaypress.az,