Türkiyə davam, Avstriya tamam: Qisas axirətə qalmadı

İdman

03.07.2024 01:01

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Avstriya və Türkiyə milli komandaları üz-üzə gəlib.

TodayPress xəbər verir ki, gərgin şəraitdə keçən qarşılaşmada “ay ulduzlular” rəqiblərindən üstün olublar – 1:2


Qarşılaşmada hesab ilk dəqiqədə açılıb. Künc zərbəsindən sonra yaranan qarışıqlıqdan Merih Demirel istifadə edərək hesabı açıb.


Oyunun 59-cu dəqiqəsində isə Arda Gülərin künc zərbəsindən yerinə yetirdiyi ötürmədən sonra Merih Demirel özünün və komandasının ikinci qoluna imza atıb.

Avstriya millisinin təsəlli qolunu oyunun 66-cı dəqiqəsində Mixael Qreqoriç vurub.

Bununla da Türkiyə milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.

tag: Türkiyə, AVRO-2024, Avstriya, Avropa çempionatı, todaypress.az,