Türkiyə Çalhanoğlu və Akaydınsız mübarizə aparacaq
Futbol üzrə Türkiyə yığma komandasının Çexiya ilə oyunda sarı vərəqə alan futbolçuları, Hakan Çalhanoğlu və Səməd Akaydın cəzalı duruma düşüb.
TodayPress xəbər verir ki, "ay-ulduzlular"ın 1/8 finalda Avstriya ilə keçirəcəyi matçda hər iki futbolçu meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Türkiyə pley-off mərhələsində Avstriya ilə qarşılaşacaq. İyulun 2-də keçiriləcək matç saat 23:00-da başlayacaq.
Namiq HUN
tag: Türkiyə, Çexiya, Avstriya, Komanda, Mübarizə, todaypress.az,