Türkiyə Avro-2024-lə vidalaşdı
İdman
07.07.2024 01:22
Futbol üzrə Avropa
çempionatının yarımfinal mərhələsində mübarizəni davam etdirəcək son komandanın
adına Niderland - Türkiyə qarşılaşmasında aydınlıq gəlib. Komandalar Berlindəki
Olimpiya stadionunda güclünü müəyyən ediblər.
TodayPress xəbər
verir ki, bu görüş ərəfəsində Türkiyə millisi tarixinin ən yaxşı nəticəsinə,
Avro-2008-də qazandığı bürünc medal uğurunu təkrarlamağa çox yaxın olub.
Fransalı referi Kleman
Turpenin idarə etdiyi matçın ilk hissəsini “ay-ulduzlular” Samet Akaydının
35-ci dəqiqə qolu ilə irəlidə bitirib 1:0. Amma fasilədən sonra Türkiyə millisi
hesabdakı üstünlüyünü qoruya bilməyib. Matçın 70-ci dəqiqəsində Stefan de Vrey
hesabı bərabərləşdirib. 76-cı dəqiqədə isə Mert Müldürün avtoqolu ilə Niderland
millisi hesabda irəli çıxıb 2:1.
Nəticədə Berlin
qarşılaşmasını qazanan Niderland yığması turnirin yarımfinal mərhələsinə yüksəlib.
Namiq HUN
tag: todaypress.az, AVRO-2024, Niderland, Türkiyə,Avropa çempionatı,