Türkiyə 3 xalı 3 qolla qazandı

İdman

10.09.2024 09:07

UEFA Millətlər Liqasında II turun növbəti oyunları keçirilib.

TodayPress xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan Türkiyə komandası İslandiya yığmasını qəbul edib. 

Milli tarixinin 633-cü qarşılaşması "ay-ulduzlular"ın inamlı qələbəsi ilə başa çatıb 3:1. Kerem Aktürkoğlunun het-triki komandasına qələbə qazandırıb. 

Qeyd edək ki, II turdan sonra Türkiyə millisi 4 xalla qrup lideridir. “Ay-ulduzlular” ilk turda səfərdə Uels yığması ilə heç-heçə edib 0:0. 

Namiq HUN

tag: UEFA,Liqa, Türkiyə ,Uels, Ay-Ulduz,todaypress.az,