“Türk hakimləri insanların alın təri ilə oynayırlar”

İdman

06.03.2025 18:10

1287

Türkiyənin 1-ci liqa təmsilçisi “Amedspor”un baş məşqçisi Servet Çetin hakimləri sərt tənqid edib.   

TodayPress xəbər verir ki, o, “Ajanspor”a açıqlamasında bəzi hakimlərin döyülməyə layiq olduğunu bildirib. 

“Son zamanlar əleyhimizə verilən hakim qərarları artıb. Hakimləri döyənləri, onlara qarşı zorakılıq edənləri qınayırıq, amma özümü çətinliklə saxlaya bilirəm. Yəni insanların da müəyyən bir səbri var. Bəzi hakimlər həqiqətən döyülməyə layiqdirlər. Onlar qəsdən “Amedspor”un xal qazanmasına mane olmağa çalışırlar.  Türk hakimləri aldıqları pula layiq deyillər. İnsanların alın təri ilə oynayırlar. Ona görə bütün matçları əcnəbi hakimlərin idarə etməsini istərdim”.

(Qafqazinfo.az)   

Namiq HUN

tag: Amedspor,Servet Çetin,Klub,Hakim,Tənqid,Todaypress.az,