Türk futbolçu həbs olundu
İdman
30.11.2024 15:58
Türkiyə əsilli futbolçu Alim Aykut Esgi Almaniyada həbs olunub.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, onun narkotik satışını təşkil edən qruplaşmanın üzvü olduğu aşkarlanıb.
25 yaşlı futbolçyu Almaniyada 11 bombalı hücumda təqsirli bilinib.
Aykut Esgi “girov götürmə və qəsdən xəsarət yetirmə” maddələri ilə təqsirləndirilib.
Qeyd edək ki, Almaniya vətəndaşı olan Alim “Kayserispor” U21, “Karagümrük”, “Darıca Gənclərbirliyi”, “Akhisarspor”, “İstanbulspor” və “Bayrampaşa” klublarının formasını geyinib. Onun son klubu Bosniya və Herseqovina “Qabela”sı olub.
Namiq HUN
tag: Türkiyə, Almaniya, Aykut Esgi, Kayserispor, İstanbulspor, todaypress.az,