Turində futbolçu cütlük qarət olundu

İdman

21.10.2024 13:24

“Yuventus”un futbolçu cütlüyü Duqlas Luis və Alişa Lehmannın evi qarət olunub.

TodayPress xəbər verir ki, hadisə onların Turindəki evində baş verib.

Naməlum şəxslər Luisin 11 saatını, Alişanın isə brilyant boyunbağısını oğurlayıblar. 

Hadisə Duqlasın A seriyası çərçivəsində “Latsio”ya (1:0) qarşı oyunu, Lehmannın isə komandası ilə toplanışda olduğu zaman baş verib.

Cütlüyün itkisi təxminən 500 min avro təşkil edib. 

Namiq HUN

tag: Yuventus, Duqlas Luis, Alişa Lehmann, Hadisə, Qarət, todaypress.az,