"Turan Tovuz"un futbolçusu azarkeşlə dalaşdı
Azərbaycan
Premyer Liqasının 29-cu turunda keçirilən “Səbail” - “Turan Tovuz” (0:0)
görüşündə ara qarışıb.
TodayPress
xəbər
verir ki, tovuzluların yarımmüdafiəçisi Veysəl Rzayev öz komandasının
azarkeşləri ilə dava edib.
Buna
səbəb azarkeşlərin son zamanlardakı uğursuzluqlara görə futbolçulara etiraz
etməsi olub. Fanatların sözlərinə əsəbiləşən V.Rzayev tribunalara çıxaraq
onlarla dava edib.
tag: Səbail, Turan Tovuz,Dava, Azarkeş, Veysəl Rzayev,todaypress.az,