"Turan Tovuz"dan ilk qış transferi

İdman

20.12.2024 17:28

“Turan Tovuz” futbol klubu heyətini Rusiyanın “Dinamo Mahaçqala”da çıxış edən Anton Kraçkovski ilə gücləndirir.

TodayPress xəbər verir ki, bölgə təmsilçisi transferlə bağlı Mahaçqala klubu ilə razılığa gəlib.

Baş məşqçi Qurban Berdiyevin istəyi ilə transfer edilən 22 yaşlı rusiyalı futbolçu komandaya icarə əsasında qoşulacaq.

Qeyd edək ki, Anton Kraçkovski “Dinamo”ya ötən ildə məhz Berdiyevin istəyi ilə Qazaxıstanın “Kayrat” komandasından gətirilib. O, cari  mövsüm Rusiya Premyer Liqasında 7 matçda forma geyinib.

Namiq HUN

tag: Dinamo ,Turan ,Tovuz, Məşq, todaypress.az,