"Turan Tovuz"a qalib gələn "Zirə" gümüş medalları təmin etdi
Futbol üzrə Premyer Liqanın XXXIII turuna bu gün start verilib.
TodayPress-in məlumatına görə, "Zirə" açılış oyununda "Turan Tovuz"a qalib gəlməklə (1:0) gümüş medalları təmin edib.
Hesabı 48-ci dəqiqədə Salifu Suma açıb. 59-cu dəqiqədə Qismət Alıyev birbaşa qırmızı vərəqə ilə meydandan qovulsa da, "Zirə" qələbə hesabını sonadək qoruyub.
Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb.
Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XXXIII tura mayın 4-də yekun vurulacaq.
tag: Futbol, Liqa, Zirə, Turan Tovuz, Medal, todaypress.az,