"Turan Tovuz" "Neftçi"yə məğlub oldu

İdman

10.05.2025 21:50

15

Liqanın XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.

TodayPress-in  məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin heyətində Emin Mahmudovla (9-cu dəqiqə), Dembo Darboe (32-ci təqiqə) fərqlənib. “Turan Tovuz”un qolunu isə 16-cı dəqiqədə Rəhim Sadıxov rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 40-a yüksəldən “Neftçi” 6-cı pillədə qərarlaşıb. 49 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında “Sabah” “Şamaxı”nı 3:1, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

tag: Liqa,Futbol, Neftçi, Turan Tovuz, todaypress.az,