“Turan Tovuz” müdafiəçisini itirdi

İdman

04.12.2024 09:28

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ayağı bir neçə yerdən sınan “Turan Tovuz” klubunun müdafiəçisi Denis Marandiçi mövsümü erkən başa vura bilər.

TodayPress xəbər verir ki, ilkin müayinədən sonra futbolçunun ayağının bir neçə yerdən sındığı müəyyən edilib. Denis əməliyyat olunacaq.

Qeyd edək ki, moldovalı futbolçunun ayağı Pavol Şafrankonun hücumunun qarşısını almağa çalışarkən sınıb. “Turan Tovuz” – “Sabah” oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) paytaxt klubu 1/4 finala yüksəlib.

Namiq HUN

tag: Hesab,Futbol, Denis Maradiçi,Kubok, todaypress.az,