"Turan Tovuz" klubu cərimələndi
İdman
26.12.2024 13:24
AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu cərimələyib.
TodayPress-in məlumatına görə, bölgə təmsilçisi evdə "Neftçi" ilə heç-heçə etdiyi Misli Premyer Liqasının XVIII turunun oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün ziyana düşüb.
Meydan sahibləri bu səbəbdən 700 manat ödəyəcək.
tag: Turan, Tovuz ,Komanda ,Cərimə, todaypress.az,