"Turan Tovuz" arxa xətti gücləndirir

İdman

18.01.2025 16:45

"Turan Tovuz" klubu braziliyalı müdafiəçinin transferini açıqlayıb.

TodayPress xəbər verir ki, qərb təmsilçisi Kauan Martins De Paulanı heyətə qatıb. 

Onunla 6 ay +1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinib. Kauan Martins De Paula Braziliyada "Pirasikaba", "Mariliya" və "Qremio"nun, Estoniyada isə "Narva-Trans" klubunun şərəfini qoruyub.


Namiq HUN

tag: İdman, Futbol, Turan, Turan Tovuz, todypress.az,