“Turan Tovuz” AFFA-ya müraciət etdi
İdman
15.11.2024 17:54
“Turan Tovuz” klubu Premyer Liqanın 2025/2026 mövsümündə yeni ad və loqo ilə çıxış etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, klub rəhbərliyi komandanın adının dəyişdirilməsi üçün AFFA-ya rəsmi müraciət ünvanlayıb.
Bölgə təmsilçisi “Turan Tovuz”un adını “Turan”la əvəz etmək istəyir. AFFA-dan müsbət rəy aldıqdan sonra komanda yeni mövsümə yeni ad və loqo ilə başlayacaq.
Namiq HUN
tag: Turan Tovuz, Liqa, AFFA, Turan, todaypress.az,