Turan İspaniyadan təklif aldı

İdman

27.12.2024 11:20

Arda Turan La Liqa təmsilçisinin baş məşqçisi ola bilər.

TodayPress “Ajansspor”a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis La Liqada Çempionlar Liqası səviyyəsində bir klubla razılaşmaq üzrədir.

Ardanın tezliklə “Eyüpspor” klubundan ayrılması gözlənilir.

Qeyd edək ki, A.Turan məşqçilik karyerasına 2023-cü ilin aprelində “Eyüpspor” klubunda başlayıb.

Xatırladaq ki, o, futbolçu karyerasında İspaniyanın “Atletiko” və “Barselona” klublarında forma geyinib.

Namiq HUN

tag: Turan, İspaniya, Arda, Barselona, todaypress.az,