“Tülkülər” afrikalı hücumçunu transfer etdi

İdman

24.08.2024 14:00

Qana millisinin futbolçusu Cordan Ayyu “Lester” klubuna keçib.

TodayPress xəbər verir ki, Premyer Liqa təmsilçisi afrikalı hücumçu ilə 2 illik müqavilə imzalayıb.

Ayyunun transferi üçün “Kristal Pelas” klubuna 5,9 milyon avro ödənilib.

Qeyd edək ki, 2018-ci ildə “Suonsi”dən London klubuna keçən Cordan Ayyu 212 oyunda 23 qol vurub və 22 assistə imza atıb.


Namiq HUN

tag: Tülkülər,Cordan Ayyu ,Lester,Qana ,Premyer Liqa,Kristal Pelas,Suonsi,todaypress.az,