Tuhel rəsmən İngiltərə millisində
İdman
16.10.2024 13:35
Tomas Tuhelin İngiltərə millisinin baş məşqçisi postuna təyinatı rəsmiləşib.
TodayPress İngiltərə Futbol Assosiasiyasının saytına istinadən xəbər verir ki, 51 yaşlı almaniyalı mütəxəssisin müqaviləsi 2025-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Tuhellə sözləşmənin müddəti 2026-cı ilin iyul ayına qədər nəzərdə tutulub.
Yığmaya bu ilin sonunadək müvəqqəti olaraq Li Karsli rəhbərlik edəcək.
Namiq HUN
tag: İngiltərə ,Tomas ,Li Karsli ,Rəhbərlik ,todaypress.az,